YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə qurumun Brüsseldəki ofisində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.
BAK-ın sədri Sahil Qasımov Ulu Öndərin həyat yolundan və fəaliyyətindən söhbət açıb, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlandığını diqqətə çatdırıb. O, dahi şəxsiyyətin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıb.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu bildirib. O, bugünkü güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu, Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin qısa bir zamanda sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini vurğulayıb.
Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Xəzər İbrahim ordu quruculuğunda Heydər Əliyevin xüsusi xidmətlərindən söhbət açıb və Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasının Ulu Öndərin uzaqgörən siyasətinin tərkib hissələrindən biri olduğunu vurğulayıb.
BAK-ın birinci vitse-prezidenti Elsevər Məmmədov və icra aparatının rəhbəri Sima Cəfərova Azərbaycanın müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlandığını və möhkəmləndiyini bildirib, Ulu Öndərin ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs ediblər.
Tədbirdə Azərbaycanın Brüsseldə akkreditə olunmuş diplomatları, ölkəmizin və qardaş Türkiyənin diasporlarının təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.
Sonda BAK və səfirlik adından ehsan süfrəsi açılıb.