YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanlı müşahidəçi: Seçicilər səsvermə hüquqlarından sərbəst şəkildə istifadə edirlər

Bu gün biz Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edirik. Seçkilərdə mübarizə aparan namizədlərin sayının çox olması olduqca təqdirəlayiqdir.

Bu sözləri Qırğızıstandan olan beynəlxalq müşahidəçi Qurmanbek Dilkanbayev deyib.

Müşahidəçi bildirib ki, səsvermə prosesinin qanunauyğun şəkildə keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. Seçkilər çox şəffaf keçirilir. Seçicilər öz hüquqlarından rahat şəkildə istifadə edir, dəstəklədikləri namizədlərə səs verirlər. Müşahidələrim zamanı hər hansı qayda pozuntusuna rast gəlmədim”, - deyə o əlavə edib.