Xəbərlər
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 14 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir
Fevralın 9-da Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. Vətəndaşlar səsvermə hüququndan istifadə edərək parlamentə layiq bildikləri namizədlərə səs verirlər.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 14 saylı məntəqəsində səhər saatlarından seçici fəallığı müşahidə olunur.
Məntəqə sədri Nazim Behbudov bildirib ki, seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun təşkil olunub, burada vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Məntəqədə 1290 seçici qeydiyyata alınıb. Seçicilər 11 namizəddən yalnız 1-nə səs verə bilərlər.
Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.