Xəbərlər
Saat 10.00-dək respublika üzrə 12,57 faiz seçici fəallığı qeydə alınıb
Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair ilk rəsmi məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10.00-a olan məlumata görə, seçicilərin 12,57 faizinin (670 min 86) səs verdiyini bildirib.