YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva Günəşli qəsəbəsinin seçicilərilə görüşüb

30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva  Günəşli seçiciləri ilə təbliğat –təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər keçirib.

Deputatlığa  namizədlə görüşdə Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açıb.

Daha sonra deputatlığa namizəd Sevinc Fətəliyeva Milli Məclisin deputatı kimi ötən illər ərzindəki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında seçicilərə məlumat verib.

Görüşdə iştirak edən qəsəbə sakinlərindən Sevinc Zamanova, Roza Babayeva, Sevda Hacıyeva, Əmirsultan Abdullayev parlament seçkilərində Sevinc Fətəliyevaya  uğurlar arzulayıblar.

Görüşdə iştirak edən qəsəbə sakinləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv