Xəbərlər
Azər Badamov Qusarın ağsaqqalları və mədəniyyət işçiləri ilə görüşüb

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun növbəti görüşləri Qusarın ağsaqqalları və mədəniyyət işçiləri ilə olub.
Görüşləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açmış, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib.
O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışmışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.
Görüşlərdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edib.
Görüşlərdə iştirak edən seçicilərdən Vahid Mehdixanov, Cavanşir Nurməmmədov, Fikrət Ramazanov, Xatirə Nağıbəyova və Zahir Mustafayev çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.