YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər Kamilə Əliyevanı yenidən millət vəkili görmək istəyir

Deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatala rayonunun Göyəm və Üçüncü Tala kənd sakinləri ilə keçirdib.

Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Kamilə Əliyeva seçicilərə parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib, Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.

Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Kamilə Əliyeva bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Bu dəfəki parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb. Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.

Kamilə Əliyeva daha sonra seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, YAP namizədlərinə səs verməyə çağırıb.

Seçicilər Yeni Azərbaycan Partiyasının layiqli namizədini dəstəklədiklərini və seçkilərdə ona səs verəcəklərini sevinc hissi ilə dilə gətiriblər.