YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov növbəti görüşlərini Lənkəranın Şıxəkəran, Şürük Tütəpeştə və Moğonijoba kəndlərinin seçiciləri keçirib

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.

76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ziyafət Əsgərov da kampaniya çərçivəsində növbəti görüşünü Lənkəran rayonu Şıxəkəran, Şürük Tütəpeştə və Moğonijoba kəndlərinin seçiciləri keçirib. Deputatlığa namizəd Ziyafət Əsgərov görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə seçicilərə məlumat verib.

Deputatlığa namizəd daha sonra seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb.

Öz növbəsində seçicilər 76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Z.Əsgərova səs verəcəklərini qeyd ediblər.