Xəbərlər
AŞPA-nın müşahidə missiyası Bakıya fevralın 7-də gələcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Şvabenin başçılıq etdiyi müşahidə missiyası fevralın 9-da keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə səfər edəcək.
Missiya Bakıya fevralın 7-də gələcək.
Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyəcəklər.