Xəbərlər
ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək
ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.
Azərbaycan Hökumətinin dəvəti əsasında göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.
Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib. ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.