Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür
Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin böyük önəm daşıdığı qeyd edildi. Tbilisi Sammitinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı, ikitərəfli əlaqələrimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.