YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Anar Rzayev: Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir

«Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir. Heydər Əliyev Azərbaycan istiqlaliyyətinin təminatçısı oldu. Eyni zamanda, Ulu öndərimiz  Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu, yeni Azərbaycanı yaratmağa başladı. Heydər Əliyevin bir cəhətini də qeyd etmək istəyirəm. Mən ikinci bir lider tanımıram ki, mədəniyyətə, ədəbiyyata, sənətə bu qədər diqqət və qayğı göstərsin». Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

Anar Rzayev bildirib ki, Heydər Əliyevin yaradıcı insanlara xeyirxah münasibəti onların istedadının məhsulu olan neçə-neçə əsərin, yüksək sənət nümunəsinin taleyində həlledici rol oynamışdır. Onun sözlərinə görə, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu dahi şəxsiyyət sənət adamlarından qayğısını əsirgəməyib.

«Heydər Əliyev həmişə yazıçıları zamanın keşməkeşlərindən və təhlükələrdən qorumuşdur. Sovet hakimiyyəti illərində azad fikir yürüdən ədibləri imperiyanın caynağından xilas edən Heydər Əliyev müstəqillik illərində onlara daha məhsuldar çalışmaq mühiti yaratmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev parçalanmaq təhlükəsi ilə üz-üz qalmış respublikamızda yeni, müstəqil və dünyada özünəlayiq yer tutmuş Azərbaycan adlı bir məmləkət qurmuşdur. O, şair və yazıçıların bütün tədbirlərində iştirak edərək, onlarla səmimi söhbət aparır, yeni dövrün yaradıcılıq perspektivləri haqqında tövsiyələr verirdi. Onun tövsiyəsi əsasında yazılan əsərlər ədəbi mühitdə böyük maraqla qarşılanırdı. Ona görə də bu gün tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi dühası Azərbaycanın ən dəyərli və tükənməz milli-mənəvi sərvətidir»- deyə, Xalq yazıçısı vurğulayıb.