Xəbərlər
MM üzvlüyünə namizəd Sevinc Hüseynovanın Gədəbəy rayonunda seçicilərlə təmtəraqlı görüşləri davam etdirilir
Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası Gədəbəy rayonunda da uğurla davam etdirilir.
Yanvarın 28-də YAP tərəfindən 103 saylı Gədəbəy seçki dairəsi üzrə namizədliyi irəli sürülən Hüseynova Sevinc Əmirəhməd qızı təbliğat-təşviqat kampaniyası çərçivəsində Gədəbəy şəhər məktəblərində cəmiyyətimizin qaymaq təbəqəsi olan ziyalılarla , eləcə də məhəlli görüşlər keçirib.Görüşdə ,həmçinin YAP Gədəbəy rayon təşkilatının sədri və seçki qərargahının üzvü Rüstəm Nağıyev də iştirak edirdi.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir - fevralın 9-da ölkəmizdə VI çağırış Parlament seçkiləri keçiriləcək. “Respublikamız parlament seçkilərinə sabitlik və inkişafın fonunda gedir. Bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə, seçicilərin etimadına güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq”, - deyən R.Nağıyev 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynovanın fəaliyyəti haqqında məlumat verib. O deyib ki, S.Hüseynova ötən müddət ərzində rayon seçicilərini Parlamentdə layiqincə təmsil edib, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib.
Sevinc Hüseynova əvvəlcə seçicilərinə müstəqil Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Deputatlığa namizədin sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin ötən il həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə müvafiq addımlar atılıb.
Deputatlığa namizəd dövlət tərəfindən regionlarda iqtisadi inkişafın əldə edildiyini, o cümlədən kənd təsərrüfatı, infrastruktur quruculuğu və digər sahələrdə mühüm uğurlara nail olunduğunu qeyd edib.
Seçicilər Milli Məclisdə təmsil olunan deputatlığa namizəd Sevinc Hüseynovanın son illərdəki fəaliyyətindən razılıqlarını bildirib, həmçinin gələcək fəaliyyətində ona uğurlar diləyiblər.