Xəbərlər
48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədov Kövər kəndində görüşlər keçirib
48 saylı Yevlax seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov İlham Kazım oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş rayonun Kövər kənd sakinləri ilə keçirilib.
Seçicilər qarşısında çıxışında ona göstərilən etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına təşəkkürünü bildirən namizəd növbəti dəfə Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən danışıb. İlham Məmmədov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan geniş bəhs edərək, bu işlərin ardıcıl davam etməsi üçün seçiciləri fevralın 9-da YAP-ın namizədinə səs verməyə çağırıb.