Xəbərlər
Mixail Qusman: İslahatlar kursunun yenilənmiş parlamentə ehtiyacı var
Azərbaycanda parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar təqdirəlayiqdir.
Bunu Secki-2020.az saytına açıqlamasında Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
“Prezident İlham Əliyevin islahatlar kursunun yenilənmiş parlamentə ehtiyacı var”, - deyən M.Qusman çoxlu sayda gənc namizədin seçkilərə qatılmasını müsbət qiymətləndirib.