YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış  edən Nizami Cəfərov ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Yenidən millət vəkili seçiciləcəyi təqdirdə rayon ərazisində görüləcək işlər haqqında məlumat verən deputatlığa namizəd daha güclü Azərbaycan naminə hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral- seçki günü fəal olmağa dəvət edib.

Öz növbəsində seçicilər qarşıdan gələn parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.