YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi

111 saylı Zaqatala-Balakən Dairə Seçki Komissiyasından deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi.

Görüşü Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq görüş iştirakçılarına V çağırış Milli Məclisin buraxılması və VI çağırış növbədənkənar seçkilərin təyin edilməsi barəsində ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları barəsində məlumat verdi. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin razılığı ilə 111 saylı Zaqatala-Balakən Dairə Seçki Komissiyasının Yeni Azərbaycan Partiyası tərəfindən Kamilə Əliyevanın namizədliyi irəli sürülmüşdür. Bugün Kamilə xanım Kortala, Beçəqar vöə Qarahacılı  kəndlərinin seçiciləri ilə görüşə gəlmişdir. Görüşdə kəndin Qarabağ əlilləri, şəhid ailələrin üzvləri, ziyalılar iştirak etmişlər. Deputatlığa namizəd Kamilə Əliyeva deputat olduğu 5 il ərzində gördüyü işlərdən, əhalinin az təminatlı təbəqəsinin xahişlərinin yerinə yetirilməsindən, parlamentin iclaslarında etdiyi çıxışlardan, verdiyi təkliflərdən söhbət açmışdır. Kənd seçicilərinin nümayəndələri Samrat Qurbanova, Qarabağ əlili Seyid Qasımov və başqaları çıxış edərək kəndin su probleminin, uşaq baxçasının qəzalı olması barəsində fikirlərini səsləndirdilər. Çıxışının sonunda Kamilə Əliyeva qaldırılan məslələrin hər birinə köməklik göstərəcəyini söylədi.

Görüş başa çatandan sonra fərdi qaydada müraciət edənlərin istək və arzuları dinlənildi, onların xahişlərinin yerinə yetirilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılaçağını bəyan etdi.