YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədlərinin seçicilərlə görüşləri davam edir. YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyevin Sumqayıt şəhəri 13-cü mikrorayon seçiciləri ilə görüşü keçirilib. Namizədin vəkillərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib. Bu inkişafın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən aparılan kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən E.Xəlilov Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib.

Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Emin Hacıyev bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıtda da sistemli islahatlar həyata keçirilir: "Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı  Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. Xalqımız dəyişiklikləri, sosial rifahının yüksəlməsini öz həyatında hiss edir. Seçicilərim mənə etimad göstərərsə, mən də fəaliyyətimi partiyamızın proqramı çərçivəsində, müddəalarında əks olunan məsələlərin daha da inkişaf etdirilməsi istiqamətində quracağam və bütün gücümlə bu etimadı doğrultmağa çalışacağam".

Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.