YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Əliabbas Salahzadənin seçicilərlə növbəti görüşü keçirildi

Yanvarın 28-də Sabunçu qəsəbəsində 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Əliabbas Salahzadənin seçicilərlə növbəti görüşü keçirildi.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva son on altı ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu,müstəqilliyimiziin durmadan inkişafı və xalqımızın rifahının getdikcə yaxşılaşmasını vurğulayaraq "Daha güclü Azərbaycan naminə!" devizi ilə seçiciləri 09 fevral 2020-ci il tarixdə keçiriləcək Parlament seçkilərinə qatılmağı, YAP namizədlərini dəstəkləməklə Azərbaycanın gələcəyinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 27 saylı Sabunçu ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Əliabbas Qalib oğlu Salahzadə seçicilər qarşısında çıxış edərək, öz platformasını qısa şəkildə diqqətə çatdırıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində, Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Əliabbas Salahzadə seçicilərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.

Görüşdə iştirak edən Sabunçu rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar Milli Məclisə seçkidə mövcud dövlət siyasətini dəstəkləməklə, YAP-a inamını ifadə edəcəklərini və YAP-ın 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən deputatlığa namizədi Əliabbas Qalib oğlu Salahzadəyə səs verəcəklərini bildirdilər.