Xəbərlər
111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yanvarın 25-də Yeni Azərbaycan Partiyasının namizədi Kamilə xanım Əliyeva Zaqatala rayonunun Aşağı Çardaqlar kəndində seçicilərlə görüşüb.
Kamilə Əliyeva ölkə prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətində əldə olunmuş uğurlardan, Zaqatala rayonuna tarixi səfərləri zamanı verilmiş sərəncamlardan və görülmüş işlər barəsində seçicilərə geniş məlumat verdi. Kamilə Əliyeva görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun, eləcə də dərin islahatlar strategiyasının uğurlu nəticələrindən bəhs edib
Namizəd Kamilə Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən söz açmışdır.
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədi və onun səsləndirdiyi fikirlər ətrafında mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Kənd sakinləri ölkədə gedən islahatları dəstəkləyərək görülən bütün işlərə görə cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. Kənd sakinləri Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.