YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlıga namizəd Malik Həsənovun seçicilərlə görüşləri davam edir

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən namizədi Malik Həsənovun seçiciləri ilə keçirdiyi növbəti görüşləri rayonun Astanlı,Zopun,Kürdlər və Sərhədabad kəndlərində oldu.

Görüşlərdə çıxış edən Malik Həsənov Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin qısa hesabatını seçicilərinin diqqətinə çatdırdı. Son 10 il ərzində ölkədə görülən işlərdən, həyata keçirilən uğurlu siyasətdən söhbət açan Malik Həsənov bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır.
Malik Həsənov sonda seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.