Xəbərlər
Deputatlığa namizəd Ağalar Vəliyev Goranboyun Safıkürd və Tatarlı kəndlərində seçicilərlə görüşüb
9 fevralda Azərbaycan Rrespublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat- təşviqat kampaniyasını YAP Goranboy rayon təşkilatı uğurla davam etdirir. 23 yanvarda 97 saylı Goranboy–Ağdam- Tərtər seçki dairəsinin əhatə etdiyi Safıkürd və Tatarlı kəndlərində Ağalar Vəliyevin seçicilərlə görüşü keçirildi. Tədbiri giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində misilsiz xidmətlərini və hörmətli ölkə rəhbərimiz cənab İlham Əliyevin müəllifliyi ilə son 16 il ərzində qazanılan və müasir dünya tərəfindən qəbul olunan uğurlardan danışdı.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Goranboy rayonuna 6 dəfə səfərindən, rayonumuz inkişafına dair verdiyi Fərman və sərəncamları barədə ətraflı məlumat verdi.
Elçin İsmayılov bildirdi ki, 2015- 2019- cu ilə kimi Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində Deputat kimi fəaliyyət göstərib. Deputatlığı müddətində tez-tez seçicilər ilə səmərələri və işgüzar görüşlər keçirmişdir. Bir deputat kimi Ağalar Vəliyev seçicilərin qaldırdıqları problemlərin həlli istiqamətində əməli köməklik göstərmişdir.
Təbliğat qrupunun üzvü Nofəl Köçərli bildirdi ki ötən müddət ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğrultmuşdur. Bir deputat kimi Ağalar Vəliyev nəyin ki, Goranboy rayonynda eləcədə münaqişə zonasında yerləşən Ağdam və Tərtər rayonunun seçicilərinin qaldırdıqları problemlərin həlli istiqamətində də əməli köməklik göstərmişdir. Daima seçicilərlə yüksək səviyyədə işgüzar görüşlər keçirmişdir.
Görüşdə iştirak edən Safıkürd kənd ağsaqqalı Bəkir Hüseynov Firəddin Yusifov, şəhid atası Allahverdi Nəsibov şəhid ailəsi Muxtar Nəbiyev Əməkdar müəllim Etibar Rüstəmov.Tatarlı kənd sakini Milli qəhrəman anası Gülzar Ocaqverdiyeva, Qarabağ əlili Qabil Rzayev çıxış edərək ərazidəki həlli vacib olan problemlərdən danışdılar. Onlar Ağalar Vəliyev yenidən Milli Məclisin üzvü seçilməsi üçün 9 fevralda seçiləri YAP-ın namizədinə səs verməyə çağırdılar.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinə namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxışında qeyd etdi ki, Milli Məclisə seçkilərdə sizin tərəfinizdən mənə etimad göstəriləcəyi təqdirdə YAP « Daha güclü Azərbayacan naminə!» seçki proqramını rəhbər tutaraq ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin və köklü islahatların dəstəklənməsinə xalqımızın və seçicilərimizin iradəsinə və maraqlarına uyğun qanunların qəbul olunmasına qanunvericilik nümayəndəlik və təmsilçilik funksiyalarının layiqincə icra edilməsinə çalışacağam.Eyni zamanda partiyamızın seçki proqramına uyğun olaraq ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətimizin qüdrətinin yüksəlməsi iqtisadi inkişaf sosiol rifah və beynalxalq birlikdə ölkəmizin nüfuzunun artması istiqamətində səylərimi əsirgəməyəcəyini bildirdi.
Deputatlığa namizəd Ağalar Vəliyev Goranboyun Safıkürd və Tatarlı kəndlərində seçicilərlə görüşüb