Xəbərlər
YAP Ağstafa rayon təşkilatı uğurlu təbliğat kampaniysı aparır
Ağstafa rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə YAP Ağstafa rayon təşkilatı Seçki Qərargahı üzvlərinin görüşü keçirilib.
Görüşdə Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, “SƏS” “Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev iştirak ediblər.
Tədbirdə bildirilib ki, bu il yerli özünüidarəetmə institutunun yaradılmasının yubiley ilidir. Bələdiyyələrə namizədlər arasında qadınların və gənclərin sayı əvvəlki seçkilərə nisbətən çoxluq təşkil edir və bu sevindirici haldır. Çıxışlarda bələdiyyə seçkilərində də xalqımızın, o cümlədən, ağstafalıların Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə inamını ifadə edilib.