Xəbərlər
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb.
E.Nəsirov görüşdə Prezident İlham Əliyevin siyasətində şəhid ailələrinə diqqət və qayğının başlıca yer tutduğunu söyləyib. O qeyd edib ki, şəhid ailələrinə ehtiramın göstərilməsi hər bir vətəndaşın borcudur.
Deputatlığa namizəd həmçinin şəhid ailələrinin qayğıları ilə maraqlanıb.