YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Bizim verəcəyimiz qərar tədris yükünün optimallaşdırılmasına müsbət təsir göstərəcək

«Müqayisəli təhsil onu göstərir ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. 8 həftə çox uzun müddətdir. Biz bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

 M.Cabbarov bildirib ki, bununla belə, dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin keyfiyyətinə mənfi təsir göstərir.  Onun sözlərinə görə, dərs ilinin uzadılması məsələsinin digər səbəb isə dərs ilinin qısa olması ilə əlaqədar eyni fənn və ya akademik proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə salınmasının şagirdlərin yüklənməsinə gətirib çıxarmasıdır: «Bizim verəcəyimiz qərar tədris yükünün optimallaşdırılmasına müsbət təsir göstərəcək”»- deyə, nazir vurğulayıb.