YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Hər bir Azərbaycan gənci könüllülük hərəkatına qoşulduqda vətəndaşlıq borcunu bu fəaliyyət üzərindən həyata keçirir

“Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə “Könüllü fəaliyyət haqqında” qanun qəbul edilib. Yəni, ölkəmizdə həmişə könüllülüyün inkişafı üçün münbit şərait yaradılıb”. Bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclərin könüllülük hərəkatında fəal iştirakına xüsusi diqqət yetirilir. Ötən il fevralın 1-də keçirilən Azərbaycan gənclərinin respublika toplantısında Prezident İlham Əliyev könüllülük hərəkatında gənclərin rolunu xüsusi qeyd etdi. Dövlətimizin başçısı bundan sonra bu sahədə fəaliyyətin daha da genişlənməsi və bütün istiqamətləri əhatə etməsi ilə bağlı çağırış etdi. Prezident İlham Əliyev gənclərlə keçirdiyi görüşlərdə könüllülük fəaliyyətinə qoşulmağı, könüllü olaraq bu və digər sahələrdə çalışmağı daim gənclərə tövsiyə edib.

“Ümumiyyətlə, Azərbaycan Prezidentinin ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı imzaladığı Sərəncamdan sonra ölkəmizdə könüllülüyün inkişafında yeni mərhələ başlayır. Belə ki, eyni zamanda, cəmiyyət və aidiyyəti qurumlar bu sahəyə daha böyük diqqət ayıracaqlar. Bu isə hərəkatın daha geniş vüsət almasına şərait yaradacaq. Hər bir Azərbaycan gənci könüllülük hərəkatına qoşulduqda vətəndaşlıq borcunu bu fəaliyyət üzərindən həyata keçirir. Onlar fəal təmsilçilərimiz kimi mötəbər tədbirlərin təşkilində bilavasitə iştirak edirlər. Gənclərimiz xaricdən gələn qonaqlarla ünsiyyətdə olur, onları müşayiət etməklə yanaşı, Azərbaycanımızın mədəniyyətini, tarixini, ölkəmizlə bağlı həqiqətləri təbliğ edirlər. Bu, özlüyündə böyük bir missiyadır. Sevindirici haldır ki, gənclərimiz bu missiyanı uğurla yerinə yetirilər. Bu gün Azərbaycanın 20 mindən artıq gənci könüllülük hərəkatında iştirak edir”-deyə, nazir müavini vurğulayıb.