Xəbərlər
Ukrayna MSK-nın üzvləri Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər
Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər. Bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək. Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.