Xəbərlər
Rəcəb Tayyib Ərdoğan: Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur
Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ankara dəfələrlə Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa çağırsa da, Yerevan bundan imtina edir:
“Ermənistanın arxivləri açmamasının səbəbi odur ki, heç bir “erməni soyqırımı” olmayıb”.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı 1,5 milyon arxiv sənədi var.