Partiya xəbərləri
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
Dekabrın 13-də bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri çərçivəsində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı şəhər klubunda rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri ilə görüş keçirib.
Tədbiri YAP Mərkəzi Seçki Qərargahı Hacıqabul rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Hafis Bəşirov bələdiyyə seçkilərinə hazırlıqdan bəhs edib. H.Bəşirov YAP-ın qələbələr partiyası olduğunu vurğulayaraq qarşıdan gələn bələdiyyə seçkilərində də qələbə əldə olunacağına əminliyini ifadə edib. Bələdiyyələrin formalaşmasında, onun inkişafında Yeni Azərbaycan Partiyasının rolunun olduqca böyük olduğunu dilə gətirən YAP Hacıqabul rayon təşkilatının sədri Azərbaycanda bələdiyyə sisteminin inkişafı prosesindən danışıb. Natiq bildirb ki, bələdiyyələrin əsas vəzifəsi xalqın rifahının təmin olunmasında əsaslı rol oynamaqdır: “Təhsil, səhiyyə və mədəniyyət işçiləri rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat-təşviqat işlərinin aparılmasında fəal iştirak edirlər.”
H.Bəşirov YAP-ın bu seçkilərdə də xalqın dəstəyilə qələbə qazanacağına əmin olduğunu bildirib və seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Sonra Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Hacıqabul rayon şöbəsinin üzvü Beydulla Qarayev, mədəniyyət işçiləri adından Aytəkin Mirzəyeva və təhsil işçiləri adından isə Məryam Nəhmədova çıxış edərəkbildiriblər ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qələbə qazanmaq əzmindədir. Natiqlər Hacıqabul seçicilərinin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.