YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Heydər Əliyev siyasi kursu, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır

“XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi.” Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
    Millət vəkili qeyd edib ki, Ümummilli lider Heydər Əliyev həmin dövrdə məhz azərbaycançılığı milli ideya kimi irəli sürdü. Dövlət müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin ideyanın başlıca konturları kimi müəyyənləşdirdi. Bu ideya həm də respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyin bərpası,beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri ön plana çəkdi.Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan azərbaycançılıq ideyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amil kimi ozünü doğrultdu.
  "Heydər Əliyev zəmanəmizin ən böyük dövlət xadimi və siyasətçisi olub.
  O, öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliyini yaradıb və gələcəyə aparan strategiyasını müəyyən edib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər H.Əliyev yaradıb."-deyə K.Əliyeva əlavə edib.