Xəbərlər
Baş nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar. Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar:
"Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".