Partiya xəbərləri
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bələdiyyə seçkilərində məşvərətçi səs hüquqlu üzvlərinin iştirakı ilə müşavirə keçirilib
Noyabrın 23-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu ilin dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ümumrespublika müşavirəsi keçirilib.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində məşvərətçi səs hüquqlu üzvlərinin iştirakı ilə keçirilən müşavirədə seçkilərə hazırlıq, seçki prosesinin gedişi, qanunvericiliyin tələblərindən irəli gələn məsuliyyət və vəzifələr müzakirə edilmişdir.
YAP İcra Katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov müşavirədə bu ilin dekabr ayının 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.