YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Avropa Parlamenti prezidentinin Azərbaycanla bağlı fikirləri təəssüf və narazılıq doğurur

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsun qurumun noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə şərh verib.

Hikmət Hacıyev deyib ki, Avropa Parlamenti prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur. Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham edilir və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır.
Martin Şultşun Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə dair fikirlərinə gəldikdə isə bu təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. M.Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim edilməsi təəssüf doğurur.
Nazirliyin mətbuat katibi qeyd edib ki, Avropa Parlamentinin bilavasitə mandatına aid olan Avropa İttifaqına üzv ölkələrdə insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər var. İslamofobiya, antisemitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır.
M.Şultşun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifadə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı.