YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür

«Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir». Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki,  digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin – Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Onun sözlərinə görə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında bilavasitə məsuliyyət daşıyır.
«Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olması haqqında yalan bəyanatlar verən Ermənistan öz silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə və Vyana sənədində nəzərdə tutulmuş öhdəliklərinə zidd olaraq, işğal edilmiş ərazilərdə gizli şəkildə hərbi texnika və şəxsi heyətin cəmləşdirilməsini aparır. 47 min nəfər şəxsi heyət və 3 mindən artıq hərbi texnikanın iştirakı ilə keçirilmiş hərbi təlim bunun daha bir sübutu idi. Ölkənin dərinləşən fəlakətinin müqabilində Ermənistan rejimi daşıdığı məsuliyyəti dərk etməli, nəhayət yalan və özünü aldatmadan əl çəkməli, münaqişənin həllində real addımlar atmalıdır»- deyə, H.Hacıyev qeyd edib.