YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın ədalətli mövqeyi həmişə qardaş Türkiyə dövləti tərəfindən dəstəklənir

«Azərbaycanın ədalətli mövqeyi həmişə qardaş Türkiyə dövləti tərəfindən dəstəklənir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, hər iki dövlət beynəlxalq müstəvidə bir birilərini fəal surətdə dəstəkləyirlər. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri digər ölkələr üçün də nümunə ola bilər.

«Belə bir şəraitdə Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinin gündəmə gətirilməsi məqsədli xarakter daşıyır. Amma inanırıq ki, bu dəfə də Türkiyə hakimiyyəti öz prinsipial mövqeyini ortaya qoyacaq və işğalçı ölkə ilə sərhədlərini açmayacaq»- deyə, S.Fətəliyeva vurğulayıb.