YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Müstəqillik bizim ən böyük sərvətimizdir

“Artıq 23 ildir ki, müstəqil Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Biz qədim tarix və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər  Azərbaycan xalqı üçün çox vacibdir” – bu fikirləri Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva noyabrin 26-da Parisdə “Bakı 2015”in - ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimat mərasimində çıxışı zamanı söyləyib.

Azərbaycanın birinci xanımı Mehruban Əliyeva qeyd etmişdir ki, Azərbaycan müstəqillik dövründə iqtisadi və siyasi islahatları bərabər apararaq demokratiya prinsiplərinə əsaslanan azad cəmiyyət və güclü iqtisadiyyat qurmağa nail olub. Bu gün ölkəmizdə bütün azadlıqlar mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır.