Xəbərlər
Koreya Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Koreya Respublikasının Baş naziri Çunq Honq-von noyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Çunq Honq-vonun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Koreya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.
Baş nazir Çunq Honq-vonu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.