YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti müzakirə edilib

Noyabrın 26-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə və idarə, xidmət rəisləri, birlik və birləşmə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.

Nazir Zakir Həsənov “Silahlı Qüvvələrin 2014-cü ildə xidməti döyüş hazırlığının yekunları və 2015-ci tədris ilində vəzifələri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Aparılan fəaliyyətlərlə bağlı birlik komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müdafiə naziri tərəfindən müvafiq tapşırıqlar verilib.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Müdafiə nazirinin əmrinə əsasən 2014-cü ilin döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Həmin gün toplantı iştirakçıları cəbhə bölgəsindəki hərbi hissələrdən birində yaradılmış təlim mərkəzində olub, praktiki tapşırıqları icra ediblər.