Xəbərlər
Dekabrın 10-da Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü Türkiyənin Qars şəhərində keçiriləcək. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatına görə, üçtərəfli görüşlərin dekabrın 10-da baş tutacağı gözlənilir.
Görüş çərçivəsində siyasi məsələlərlə yanaşı, iqtisadi və enerji məsələlərinin də müzakirə olunacağı deyilir.