Xəbərlər
Elman Rüstəmov: Manatın məzənnəsinin dayanıqlılığı 2020-ci ildə də diqqət mərkəzində olacaq
2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.
Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Elman Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.