YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevgeni Mixaylov: Qoşulmama Hərəkatına sədrlik etməklə Azərbaycan dünya siyasətində mühüm yer tutacaq

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi bir neçə illik qəbul edib və bu, dünya siyasətində mühüm hadisədir.

Bunu rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı onlarla ölkə tərəfindən dəstəklənir və bu ölkələr arasında Azərbaycan öz geosiyasi, iqtisadi təsiri və mövqeyi ilə əlaqədar xüsusi yer tutur:

“Aydındır ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu tədbirin keçirilməsi ilk növbədə təşkilatın ruhuna sadiqliyi baxımından Azərbaycanın xidmətlərinin tanınmasını göstərir. Yəni, ölkə prinsipial mövqe tutaraq digər ölkələrlə hərbi bloklarda yer almır və bununla da tam müstəqil mövqe sərgiləyir. Azərbaycan kiminlə dostluq edib- etməyəcəyinə özü qərar verir. Eyni zamanda, bu cür müstəqil mövqe bəzi ölkələri qıcıqlandırır, bəzi ölkələrdə isə hörmət doğurur və onlar başa düşürlər ki, bu ölkə ilə bərabər səviyyədə danışmaq lazımdır. Azərbaycan öz müstəqil siyasəti ilə regionda və dünyada nüfuza və hörmətə malikdir. Belə irimiqyaslı sammitin məhz Bakıda keçirilməsi və sədrliyin dörd il ərzində regionun aparıcı dövlətinə həvalə edilməsi bunun göstəricisidir”.

Qeyd edək ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ötən gün Bakıda öz işinə başlayıb və bu gün davam edir. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının dünənki görüşündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.

Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.

 

DİGƏR Xəbərlər Arxiv