YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş Assambleyasının prezidenti Qadın Resurs Mərkəzində olub

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande və BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti oktyabrın 25-də Bakının Xəzər rayonundakı Qadın Resurs Mərkəzində olublar. Qonaqlar İsveçrənin maliyyə dəstəyi ilə Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən birgə həyata keçirilən “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin genişləndirilməsi” layihəsinin nəticələri ilə tanış olmaq məqsədilə sahibkar qadınlarla görüşüb.

Qonaqları salamlayan Xəzər Rayon İcra başçısının birinci müavini Elşən Qurbanov Azərbaycanda qadınlarının rolundan danışıb. Bildirib ki, qadın hüquqlarının qorunması, gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bu sahədə əhəmiyyətli işlər görülüb, qadınlar üçün geniş imkanlar yaradılıb. Xəzər rayonundakı Qadın Resurs Mərkəzində fəaliyyət göstərən xanımların sayı gündən-günə artır. Bu layihənin inkişafı istiqamətində işlər davam etdirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək deyib ki, 2011-ci ildən ölkəmizdə Qadın Resurs mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq doqquz belə mərkəz açılıb. Bu mərkəzlər yeni iş yerlərinin yaradılmasında və xanımların sahibkarlıq fəaliyyətinə cəlb olunmalarında əhəmiyyətli rol oynayır. Azərbaycan dövləti sahibkarlığın inkişafına böyük dəstək verir və bunun nəticəsində ölkəmizdə qadın sahibkarların sayı artır.

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, dünyada qadınların hüquqlarının qorunması, onlar üçün iş yerlərinin yaradılması mühüm məsələlərdəndir. O deyib ki, qadınların işlə təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları ölkənin inkişafına töhfə vermələrinə imkan yaradır. Artıq bir çox ölkələr kiçik və orta sahibkarların səyləri nəticəsində iqtisadi inkişafa nail olublar.

Ölkəmizdə 9 qadın mərkəzin fəaliyyət göstərməsinin onlara öz bizneslərini qurmaq baxımından yaxşı imkanlar yaratdığını deyən Ticani Məhəmməd-Bande əsas məqsədin qadınlar şəbəkəsinin yaradılması və BMT-nin uzun illər vurğuladığı əsas proqrama uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsidir.

BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti cəmiyyətin inkişafında qadınların mühüm rol oynadıqlarını söyləyib. Qeyd edib ki, Qadın Resurs Mərkəzinin qısa müddətdə əldə etdiyi nailiyyətlərin əsasında fəallıq, davamlı fəaliyyət dayanır.

Sonra layihə haqqında ətraflı məlumat verilib.

Sonda qonaqlar qadın sahibkarların əl işlərinə baxıb, onların hazırladıqları təamlardan dadıblar.

 

DİGƏR Xəbərlər Arxiv