Xəbərlər
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Dövlətimizin başçısı Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzu edib.