YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır

Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də ölkəmizdə sabitliyi dəstəkləyirlər. Buna görə də, hər bir Azərbaycan vətəndaşı ölkəmizdə keçirilən qanunsuz mitinqlərə öz etirazını bildirməlidir. Bir müddət öncə Prezident İlham Əliyevin "Valday" Diskussiya Klubunda ortaya qoyduğu qəti mövqedən sonra bu kimi halların baş verməsi təsadüfi deyil.

Bu sözləri Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ölkədə keçirilən qanunsuz aksiya ilə bağlı Yeni Azərbaycan Partiyasında oktyabrın 21-də keçirilən tədbir zamanı deyib.

Əli Əhmədov qeyd edib ki, belə aksiyaların məqsədi ölkəmizdə siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır. Bu isə, təbii ki, Azərbaycanı istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin işidir. "Aydın görünür ki, qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur. Mitinqlərin keçirilməsi üçün xüsusi yerlər ayrılır. Bu həm insanların hərəkətinə mane olmamaq, həm də elə mitinq iştirakçılarının özlərinin təhlükəsizliyi baxımından vacibdir. Lakin qanunsuz aksiyalara qatılanlar bunu nəzərə almırlar. Bu isə insanlarda narahatlığa səbəb olur, onların rahat hərəkətinə maneçilik törədir", - deyə Əli Əhmədov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv