YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır

“Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır”. Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında qalması yolverilməzdir. Onun sözlərinə görə,  münaqişə ilə bağlı  Azərbaycanın mövqeyi dəyişməzdir.

“Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Münaqişənin həlli ilə bağlı mötəbər təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Başqa həll yolu yoxdur”-deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv