YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək

“Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə respublikamızın bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına qiymət verilib, əldə olunan uğurlardan danışılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müşavirədə qeyd olunub ki, doqquz ayın sosial-iqtisadi nəticələri müsbətdir”. Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu dövrdə qeyri –neft sektorunda artım 3 faizdən çox olub. Qeyri-neft sənayesində isə artım 15 faizdən çox olub. Cənab Prezidentin qeyd etdiyi kimi bu, dünya miqyasında rekord göstərici hesab oluna bilər. Kənd təsərrrüfatında da ciddi irəlləyiş əldə edilib. Əvvəlki illərdə bu artım 2-3 faiz təşkil edirdisə bu ilin doqquz ayında artım 7 faizdən çoxdur. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə bu ilin əvvəlindən böyük bir sosial paket reallaşdı. Bunun nəticəsində  4 milyon 200 mindən çox Azərbaycan vətəndaşının maddi vəziyyəti yaxşılaşdı.

“Beynəlxalq aparıcı maliyyə qurumlarının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini durmadan yaxşılaşdırır. “Doinq Business” in hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yrdədir. Son hesabatlarda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alır. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatına görə Azərbaycan bir çox sahələrdə düya miqyasında mühüm göstəricilərə nail olub”-deyən İ.Məmmədovun sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi bütün bunlar Azərbaycanda həyata keçirilən islahatlara, görülən işlərə verilə qiymətdir. Ancaq ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.

Millət vəkili qeyd edib ki,  müşavirədə Prezident İlham Əliyev respublikamızda daha sürətli inkişaf üçün kifayət qədər ehtiyatların olduğunu bildirərək deyib ki, bu ehtiyatlar aşkar edilməlidir: “Qeyd olunub ki, Azərbaycanda hər bir sahədə şəffaflığa və yüksək standartlara nail olmaq lazımdır. Bu məqsədə nail olmaq üçün korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Bu xoşagəlməz hallara qarşı mübarizədə təkcə hüquq –mühafizə orqanları yox, bütün aidiyatı qurumlar, o cümlədən vətəndaşlar yaxından iştirak etməlidirlər. Cənab Prezident həmçinin müşavirədə iqtidarda olan bəzi məmurların aparılan islahatlara qarşı çıxdığını deyərək belə halların yolverilməz olduğunu söyləyib. Təbii ki, belə xoşagəlməz hallar ümumi inkişafımıza zərər vurur. Ona görə də, yəqin ki, bu məsələ ilə bağlı müvafiq ölçülər götürələcək. Düşünürəm ki, dövlət başçısının  bu qətiyyətli mövqeyi  cəmiyyətimiz tərəfindən müsbət dəyərləndirilir və öz vətənini sevən hər bir azərbaycanlı cənab Prezident İlham Əliyev ətrafında bundan sonra da sıx birləşəcək. Beləliklə, Azərbaycan öz dinamik inkişafını uğurla davam etdirəcək”.

DİGƏR Xəbərlər Arxiv