Xəbərlər
Prezident İlham Əliyev “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb
Prezident İlham Əliyev oktyabrın 17-də “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
“Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 manat ayrılıb.