YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrə Kantonlar Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye oktyabrın 8-də Azərbaycan Respublıkasına rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Jan-Rene Furniye səfərin məqsədinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı müzakirələrin aparılması olduğunu deyib. O qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında çoxillik tarixə malik əlaqələr qarşılıqlı inama və hörmətə əsaslanır. Əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Regionun inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün göstərdiyi səyləri qiymətləndiririk. Azərbaycan və İsveçrə prezidentləri hər il Davosda görüşürlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin, xüsusilə də parlamentlərarası münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir. Bu səfər zamanı keçiriləcək görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılacaq.