YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala rayonunda YAP-ın Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib

Oktyabrın 8-də Zaqatala rayonunda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Həsənovun sədrliyi ilə  Yeni Azərbaycan Partiyasının  Zaqatala, Balakən və Qax  rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Zaqatala rayonu Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov tədbirdə çıxış edərək müstəqil Azərbaycanın Ulu Öndər  Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs əsasında uğurla inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir, dövlətçiliyimiz möhkəmlənir, əhalinin sosial rifahı daha da yüksəlir.

Yeni Azərbaycan Partiyasının  sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşının birləşdiyini deyən Əli Həsənov partiyamızın ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu diqqətə çatdırıb. YAP Sədrinin müavini qeyd edib ki, müşavirənin məqsədi partiyanın şəhər və rayon təşkilatlarının ərazi ilk partiya  təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi ilə əlaqədardır.

Əli Həsənov həmçinin,  ölkəmizin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyərək sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb. O bildirib ki, YAP üzvləri ölkəmizin qazandığı nailiyyətlərin geniş təbliği işini fəal şəkildə aparmalı, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər.

Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.