YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan dövləti bütün vətəndaşlara, o cümlədən ahıllara daim diqqət və qayğı göstərir

“Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən  əsası qoyulan uğurlu sosial siyasət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və bu siyasətin mərkəzində vətəndaş  amili dayanır”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası  Sədrinin müavini-İcra katibi Əli Əhmədov Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, ölkəmizdə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. Onun sözlərinə görə, 2019-cu ilin ötən dövründə dövlət başçısının imzaladığı Fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur.

Əli Əhmədov yaşlı nəslə, ahıllara həmişə diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da fəal iştirak etdiyini, partiyanın nümayəndələrinin tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan dövləti bütün vətəndaşlara, o cümlədən ahıllara daim diqqət və qayğı göstərir.

“Bu xidmət müəssisəsinin sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın”-deyə, Baş nazirin müavini vurğulayıb.